• 23 Noyabr 2024 01:06

“Özünə nifrət etmək” lazımdır” – Həkim

Sağlamlıq üçün həm kişilər, həm də qadınlar gündə ən azı bir dəfə tərləməlidirlər.

Tacxeber.com xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” radiosuna müsahibəsində həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib.

O, bildirib ki, sağlam olmaq istəyiriksə, spirtli içkilərdən və siqaretdən həddən artıq istifadə etməməliyik. Bundan əlavə, bir insanın bədən çəkisi, qan təzyiqi, qlükoza və xolesterin səviyyəsi də normal olmalıdır. Buna nail olmaq üçün ilk növbədə peşman olmaq yox, “özünə nifrət etmək” lazımdır. Myasnikovun fikrincə, motivasiya məhz bu yolla yarana bilər.

“Ağ düyü, ağ çörək, ağ makaron yeməyin – bunların hamısı lifsiz təmizlənmiş qidalardır. Unutmayın ki, duz və şəkər də ağ ölümdür. Nə etməli olduğunuzu başa düşməlisiniz, sonra isə həftədə beş dəfə məşq etməlisiniz. Bəli, fiziki aktivlik mütləqdir, kişi və ya qadın gündə ən azı bir dəfə tərləməlidir”, – deyə həkim yekunda bildirib.

Oxşar xəbərlər