• 20 Sentyabr 2024 07:56

“Parçalanan cəsədlərin, ütülən saçların qoxusu nəfəs almağa imkan vermirdi” – “The Guardian” 

“Rusiya komandanlığı həlak olan minlərlə əsgər cəsədlərindən xilas olur,  Kreml onları itkin düşənlət kimi qeydə alır, beləliklə, Ukraynada böyük itkilərini gizlətməyə cəhd edir…”

“Yandırılan cəsədlərin dəhşətli qoxusundan nəfəs almaq mümkün olmayıb…”
Rusiyalılar həlak olan xidmət yoldaşlarının cəsədlərini zibillikdə  yandırıb…
Rusiyalı hərbiçilər Xersonun işğalı zamanı həlak olan xidmət yoldaşlarının cəsədlərini yerlərdə olan zibilliyə tullayıb və yandırıb.
Tacxeber.com xəbər verir ki, bu barədə işğaldan azad edilən vilayət mərkəzinin sakinləri Britaniyanın “The Gardian” qəzetinə danışıb.
“Yerli sakinlər bizə danışıb ki, Rusiyanın qara kisələrlə dolu yük maşınları zibilliyə yaxınlaşaraq, onları orada yandırıb. Havada yanan cəsədlərin dəhşətli qoxusu olub. Onlar hesab edir ki, ruslar həmin yay günlərində şiddətli döyüşlər zaman həlak olan öz əsgərlərinin cəsədlərindən xilas olub”, – qəzet yazır.
“Hər dəfə ordumuz ruslara atəş açanda onlar meyitləri zibilliyə gətirib yandırıb”, – bunu Xersonun 40 yaşlı sakini İrina deyib.
Jurnalist araşdırması çərçivəsində qəzetin müxbirləri şəhərin şimal-qərb ətrafında yerləşən zibil poliqonuna gələrək əməkdaşlarla söhbət edib.
“Ruslar zibil və meyitlərlə dolu “KamAZ” maşınını gətirib boşaldıb. Düşünürsünüz ki, onları dəfn etmək niyyətində olublar? Xeyir, onları boşaldıb üstünü zibillə örtüblər”, – adının açıqlanmasını istəməyən zibil toplayan danışıb. O, cəsədlərin əsgərlərə, yaxud mülki şəxslərə aid olduğunu görməyib.
“Mən görməmişəm, sizə bildiklərimi danışdım. Mən qorxmuram, 2014-cü ildən vuruşuram. Donbasda olmuşam. Amma nə qədər az bilsən, bir o qədər yaxşı yatacaqsan”, – o, əlavə edib.
Əri Aleksandrla illərlə ailə yük maşınında zibilxanıya zibil daşıyan 45 yaşlı Sevtlana Viktorovna deyib ki, rusiyalılar işğal zamanı zibil poliqonina girişdə blokpost qoyub.
“Bizi cəsədlər yandırılan poliqon ərazisinə buraxmayıblar. Mən sizə necə baş verdiyini söyləyim. Onlar buraya gəlib, bir neçə əsgər yükü boşaldıb və yandırıb. Bir dəfə mən ərimlə başqa vaxt buraya gələndə onlar “öz işləri ilə” məşğul olub. Bizi görən kimi onlar qışqırmağa başlayıb və dəyənəklə ərimin sifətinə vurub”, – qadın danışıb.
Zibilxana ilə üzbəüz yerləşən çoxmərtəbəli bina sakinləri danışıb ki, “ruslar yanmağa başlayanda” böyük tüstü buludu göyə qalxıb. “Parçalanma qoxusu elə dözülməz olub ki, nəfəs almaq mümkün olmayıb”.
“Mən tüstünün qoxusunu hiss edəndə ürəyim bulanıb, – 8- ci mərtəbədə yaşayan 60 yaşlı Olesya Kokorina danışıb. – Həm də çox dəhşətli olub, çünki ütülmüş saç qoxusu gəlib. Bilirsiniz, stomatoloqda olanda plomb qoymazdan öncə dişləri yonanda hiss edilən qoxuya bənzər qoxu olub. Tüstü o qədər qatı olub ki, qonşu evlər görünməyib”.
“Orada kisələrlə dolu çoxsaylı yük maşınları olub. Mən bilmirəm onların içərisində nə olub, amma zibillikdəki tüstüdən biz eyvanın qapısını aça bilmirdik. Elə günlər olub ki, üfunətdən nəfəs almaq mümkün olmayıb”, – 65 yaşlı Natalya deyib.
Yerli sakinlər güman edir ki, həlak olan əsgərlərin yandırılması rusiyalılar üçün meyitlərdən xilas olmağın sadə üsulu olub, çünki Dnepr üzərindəki körpülər USQ tərəfindən atəşə tutulduğundan dağılıb, buna görə də yük maşınlarına tab gətirməyib.
Onlarla digər xersonlular öz qonşularının dediklərini təsdiq edir. Lakin Ukrayna hakimiyyəti susur. Adının açılanmasını istəməyən yeli məmur deyib:
“Bizi düşmənin dəfnləri maraqlandırmır. Bizi burada, Xerson vilayətində qardaşlıq qəbirstanlıqlarında əzab verilən, öldürülən, dəfn edilən ukraynalıların cəsədlərinin olması maraqlandırır. Ukrayna Təhlükəsizlik Xidməti hesab edir ki, Rusiya komandanlığı daima həlak olan minlərlə əsgərindən xilas olur, çünki Kreml onları “itkin düşənlər” kimi qeydə alaraq Ukraynadakı müharibədə böyük itkilərini gizlətməyə cəhd edir”, – The Gardian” yazıb.

Tacxeber.com

Oxşar xəbərlər