Ankara Suriyada gərginliyin qarşısını almaq üçün “müəyyən təmkin” nümayiş etdirməlidir.
Tacxeber.com apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
Rusiyalı diplomat Astanada Suriya nizamlanmasına dair görüş başlamazdan əvvəl bu mövzunu müzakirə edib. Onun fikrincə, “kürd məsələsi də daxil olmaqla, hər hansı doğru həll yolu tapmağa çalışmaq” lazımdır.
“Əlbəttə, biz təkcə Suriyanın şimalında deyil, bütün Suriya ərazisində gərginliyin artmasının qarşısını almaq üçün türkiyəli həmkarlarımızı müəyyən təmkin nümayiş etdirməyə çağıracağıq”, – Lavrentyev vurğulayıb.
Diplomatın sözlərinə görə, Rusiya son aylarda Türkiyənin Suriyada genişmiqyaslı hərbi əməliyyat keçirməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edib: “Rusiya Federasiyası buna nail oldu və ümid edirik ki, biz türkiyəli tərəfdaşlarımızı Suriya ərazisində ifrat güc tətbiq etməkdən çəkinməyə inandıra biləcəyik”.