Saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 TikTok hesabı, 12 instaqram profili olması müəyyən edilib.
Tacxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.
Həmçinin bildirilir ki, 19 profil üzərindən Elşad Hacıyevin hesabımı izləyib. 6 profillə uyğunsuz şərhlər, əsassız və qərəzli məlumatlar yazdığı üçün blok edilib.