• 23 Noyabr 2024 03:12

Tünd çay 15 dəqiqəyə təzyiqi qaldırır – Həkim

Çay təzyiqi kifayət qədər yüksəldir.
Əgər tünd qara çay içməzdən əvvəl xəstənin təzyiqi 140 idisə, çay içəndən sonra o 160-a qalxa bilər.

“Medicina” xəbər verir ki, həkim nutrisioloq İqor Strokov çayın təzyiq xəstələrinə əks təsirindən danışıb.

“Tədqiqatlar göstərib ki, bu məşhur içki içiləndən 15-20 dəqiqə sonra təzyiqi qəfil qaldıra bilər.

Bu nəticələr həkimlər üçün gözlənilməz idi. Çünki alimlər əksinə, çay içiləndən sonra təzyiqin normallaşmasını gözləyirdi.

Alimlər 20 kişi və qadının iştirakı ilə 2 eksperiment aparıb.
Birinci qrupdakılar təzyiqi olmayan, ikinci isə hipertoniya xəstələri idi.

Onlar bir həftə ərzində hər gün səhər və axşam 1-2 fincan çay içib.

Onların təzyiqi 30-60 dəqiqədən sonra ölçülüb.

Birinci qrupda çay təzyiqə elə də ciddi təsir etməyib, digər qrupda isə təzyiq çoxlarında artıb.
Çayda olan kofein təzyiqi qaldırmağa təsir edir.
Amma 60 dəqiqədən sonra yüksələn təzyiq azala bilir”.

Tacxeber.com

 

Oxşar xəbərlər