• 22 Noyabr 2024 20:18

Dini qurumların tarixi Nügədi məscidinə ögey yanaşması – FOTO

Quba rayonunun Birnci Nügədi kəndini Bakıda və eyni zamanda bölgələrimizdə tək-tük adam olar ki, tanımasın.  Kəndin bu qədər populyar olmasına səbəb  yerləşdiyi coğrafi məkandır. Belə ki, Qubaya istirahətə gələn yerli və xarici turistlərin Nügədi kəndindən keçməməsi demək olar ki, mümkün deyil. Bundan əlavə deyilənə görə kənddə 15000 (on beş min) – dən artıq yerli sakin yaşayır.  

Bildiyimiz kimi xaricdən gələn turistlərin də  əksəriyyəti  ərəb ölkələrindən gələn müsəlman turistlərdir. Lakin gəlin baxaq görək bu qədər tanınmış kəndin məscidi nə vəziyyətdədir. Yerli əhalinin bildirdiyinə görə Birinci Nügədi kənd məscidi tarixi olmağı ilə yanaşı,  2 mərtəbədən ibarət , unikal bir məsciddir.  Məqsədimiz bu məscidin indiki vəziyyətinin olduqca bərbad və yararsız olmasını işıqlandırmaqdır.  Məscid hal-hazırda  olduqca acınacaqlı vəziyətdədir. Məsciddə əsaslı restovrasiya, yenidənqurma və bərpa  işlərinin görülməsi mütləqdir.   Belə ki, əks təqdirdə bu tarixi obyekt aşma təhlükəsi ilə baş-başa qalacaq.

 Kənd sakinlərinin bildirdiklərinə görə artıq illərdir dəfələrlə əlaqədar qurumlara, təşkilatlara müraciət etmələrinə baxmayaraq, bütün müraciətlər cavabsız qalıb. Əlləri hər bir təşkilatdan üzülən sakinlər məscidi öz hesablarına təmir etmək qərarına gəliblər. Lakin buna da aidiyyatı qurumlar icazə vermir.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbəri olduğu qurumun isə sanki bu durumu görmək üçün gözləri kor olub. Adamlar erməniyə dəstək olanları  özlərinə qardaş hesab edirlər ancaq Bakının 165 km-liyində yerləşən bir qədim kəndin məscidinə  düşmən “qayğıkeşliyi”sərgiləyirlər.

Paşazadə cənablarının diqqətinə çatdırırıq ki, onun özünə qardaş dediyi fars mollarından fərqli olaraq Quba rayonu 44 günlük müharibə dönəmində respublikada ən çox şəhid vermiş bölgələrimizdən biridir və gənclərin ruhunu diri tutan dini əqidəmizdir.

Düşünürük ki, belə bir bölgənin dini ocaqlarına biganəlik göstərən QMİ sədri Allahşükür Paşazadə və Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı bundan sonra məsələnin həlli istiqamətində hərəkətə keçərək konkret addımlar atacaq və məsələni həll edəcəklər.

Məscidin real vəziyyətini əks etdirən fotoları təqdim edirik.

 

Biz də Tacxeber.com olaraq məsələni diqqətimizdə saxalayacağıq.

Tacxeber.com

Oxşar xəbərlər