• 23 Noyabr 2024 00:10

22 milyonluq mülkiyyətin şəriki Ramiz Mehdiyev imiş

22 milyonluq mülkiyyətin şəriki Ramiz Mehdiyev imiş

Dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədova cəza istəyib. Dövlət ittihamçısı iş adamının özəl mülkiyyətlərinin də müsadirə olunmasını tələb edib.

Tacxeber.com xəbər verir ki, araşdırma zamanı isə bəlli olub ki, müsadirəsi tələb olunanlar arasında ölkənin məşhur təhsil ocaqlarından biri olan  Bakı Oksford Məktəbi  də var.

Qeyd edək ki, Məmmədovun həbsindən sonra onun özü və yaxınlarının bir sıra əmlaklarının, o cümlədən Bakı Oksford Məktəbinin üzərinə həbs qoyulub.

Bu məktəbin həmtəsisçisi işadamının həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə məktəbin üzərinə həbs qoyularkən istintaq orqanı bu məktəbi 22 milyon 487 min manat qiymətləndirib.

Elçin Sadıqov saytımıza açıqlamasında deyib ki, iş adamı özü bu barədə danışıb: “Hakim bu barədə sənədləri elan edəndə Rasim Məmmədov deyib ki, onlar məktəbin yeganə sahibi deyil. Məktəbin 50 faizi  başqasınındır”.

Əməkdaşımızın araşdırması zamanı isə  Bakı Oksford Məktəbinin əsas şəriklərindən birinin  Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin yaxınları olduğu bəlli olub.

Oxşar xəbərlər