• 22 Noyabr 2024 23:59

Messi məğlubiyyətindən danışdı – “Tələyə düşdük”

Messi  məğlubiyyətindən danışdı - “Tələyə düşdük”

Argentina millisinin ulduz futbolçusu Lionel Messi dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına 1:2 hesablı məğlubiyyətdən danışıb.

Tacxeber.com  xəbər verir ki, o, bunu ağır zərbə adlandırıb:

“Həm azarkeşlər, həm də bizim üçün çətindir. Bu cür başlanğıcı gözləmirdik. Qələbəyə əmin idik. Qalibiyyət bizi müəyyən qədər rahatlaşdıracaqdı. Amma bu cür hadisələr oldu. Rəqibin necə oynadığını yaxşı bilirdik. Lakin biz də çox tələsdik. Erkən qol vurduq, sonra qolumuz ləğv edildi. Şanslarımız var idi. Qərara gəldik ki, daha çox oxşar vəziyyətlər olacaq. Bu məsələdə ciddi yanıldıq. Rəqib yaxşı müdafiə xətti ilə meydana çıxmışdıq.

Onların yüksək müdafiə xətti ilə oynadıqlarını gördük, ona görə də topla daha sürətli davranmağa çalışırdıq. Rəqib də topa sahib olmağı sevən komandadır, üstəlik, hücum etməyi bacarır. Kompakt şəkildə oynayıb bizi ofsayda salırdılar. Biz tələyə düşdük, amma təəccüblü deyildi. Birliyimizi növbəti oyunlarda sübut etməliyik”.

Oxşar xəbərlər