• 27 İyul 2024 04:51

“Putin, sən kişisən, yoxsa nə?..” -Rus hərbçi anaları qəzəblə Rusiya liderinə səsləndi… 

Qadınlar Rusiya prezidentinin yalnız ona münasib olan sualları verəcək “cib anaları” ilə görüşmək istədiyindən şikayətlənirlər…

Səfərbərlikdə olan rusiyalıların və çağırışçıların yaxınları işğalçı Rusiya prezidenti Vladimir Putinlə görüş tələb edirlər.
Tacxeber.com xəbər verir ki, bu haqda “Meduza” nəşri məlumat yayıb.
Rusiya Analar və Arvadlar Şurasının təşkilatçısı Olqa Tsukanova Putinin işğalçıların anaları ilə görüşə hazırlaşması ilə bağlı bəyanatlara cavab olaraq müraciət yazıb. Məlum olub ki, görüşə Analar və Arvadlar Şurasından heç kim dəvət edilməyib.
“Putin, sən kişisən, yoxsa nə?!. “Cib qadınları” ilə, razılaşdığın analarla deyil, öz hesabına ayrı-ayrı şəhərlərdən bura sənin yanına gələn əsl hərbçi analarıyla görüşməyə cəsarətin varmı?! Biz burada – Moskvadayıq, səninlə görüşmək üçün hazırıq” – deyə rus qadın qəzəblə bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər