Serbiya Prezidenti: “Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir”
“Prezident İlham Əliyev beynəlxalq hüquqla bağlı qeyd etdi ki, çox az dövlətlər buna riayət edirlər. Bu, gələcəklə bağlı yeganə imkandır. Biz Azərbaycanla Birgə Bəyanatı, Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu imzaladıq və bununla bağlı bütün zəruri məsələləri müzakirə etdik, energetika sahəsində əməkdaşlıqdan danışdıq”.
Tacxeber.com xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.
Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir. Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac edəcək. Gələcəkdə isə bu rəqəmin 35 milyard kubmetrə çatacağı gözlənilir.
“Biz Serbiya-Bolqarıstan arasında interkonnektorun inşasına çalışırıq. Biz əvvəlcədən Bakıdakı dostlarımızla qazın həcmi ilə bağlı razılığa gəlmişik. Biz müvafiq transmissiya məsələlərini müzakirə etmişik. Bu, nəhəng bir layihədir. Qara dənizin altından çəkiləcək boru xətti bir çox ölkələri əlaqələndirəcək və bizim enerji müstəqilliyimizi təmin edəcək”, – deyə Aleksandar Vuçiç vurğulayıb.