• 06 Noyabr 2024 19:25

Tağı Əhmədovun 2 milyonuna görə yaqut daşı satışa çıxarılacaq

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq rəisi Tağı Əhmədovun mənimsənilən 2 milyon manatının ödənilməsi üçün yaqut daşı satılacaq.

Tacxeber.com Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Tağı Əhmədovun 2 milyon manatını mənimsəməkdə ittiham olunan iş adamı Səadət Xəlilov məhkəməsinin yekununda qərar verilib.

Məhkəmə qərarında göstərilib ki, cinayət işi üzrə maddi sübut olan, saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə təhvil verilmiş 19.25 qram kütləli 96.25 karat ölçüdə 1 ədəd yaşıl rəngli, şəffaf yaqut daşı satılaraq, Tağı Əhmədova dəymiş zərərin ödənilməsinə yönəldilsin.

O da məlum olub ki, daşın qiyməti barədə respublikanın ticarət şəbəkələrində, zərgərlik məlumatlarının satışı mağazalarında və eləcə də mərkəzdə məlumat olmadığından məhkəmə-əmtəəşunas ekspertinin qarşısında qoyulmuş suala cavab vermək mümkün olmayıb.

Məlumat üçün deyək ki, ən nadir yaqut daşının 1 karatı dünya bazarında 100 639 min dollara satılır.

Xatırladaq ki, ittihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. Onlara Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il, digər təqsirləndirilən şəxslər Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

Tağı Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi olub.

Tacxeber.com

Oxşar xəbərlər