• 23 Noyabr 2024 01:22

“Ukrayna prezidenti cəsarətli oğlandır…” – Boris Conson

“Zelenski olmasaydı, bu münaqişənin tarixi tamamilə başqa cür olardı…”
“Avropa İttifaqı Rusiya ilə qarşıdurmanın öhdəsindən məharətlə gəlib…”
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson bəyan edib ki, Zelenski müharibə başlanan zaman ölkəsinə rəhbərlikdə “mütləq görkəmli şəxsiyyət” olub.
Tacxeber.com xəbər verir ki, bu barədə o, CNN nəşrinə müsahibəsində bəyan edib.
“O, çox cəsarətli oğlandır. Düşünürəm ki, Zelenski olmasaydı, bu münaqişənin tarixi tamamilə başqa cür olardı”, – siyasətçi deyib.
O, əlavə edib ki, Ukrayna Avropa İttifaqının üzvü olmaq qərarına gələrsə, “onlar buna getməlidir”.
Conson hesab edir ki, bu, Ukrayna üçün çox yaxşı olardı. Onun fikrinə görə, Qərb Ukraynaya siyasi və iqtisadi islahatlar aparılmasında yardım edə bilərdi.
Böyük Britaniyanın sabiq baş naziri həmçinin deyib ki, Rusiyanın fevralda hərbi müdaxiləsindən sonra tezliklə bütün Avropada ona münasibət dəyişib.
“O baş verib ki, hamı-almanlar, fransızlar, italyanlar, Co Bayden gördülər ki, sadəcə, seçim yoxdur. Ona görə də siz Rusiya prezidenti ilə razılığa gələ bilmədiniz. Bu, həlledici məqamdır”, – o, deyib.
Conson əlavə edib ki, o zamandan Avropa İttifaqı Rusiya ilə qarşıdurmanın “öhdəsindən məharətlə gəlib”.

Oxşar xəbərlər