• 20 Sentyabr 2024 01:51

Yaponiyadan sensasiyalı qələbə .

Qətərdə təşkil olunan DÇ-2022-də 1-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan dörd oyundan biri başa çatıb.

 

F qrupunda Xorvatiya millisi Mərakeşlə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Bu qrupun digər matçında Belçika Kanada ilə üz-üzə gələcək. Oyun saat 23:00-da start götürəcək.

E qrupunda  Almaniya seçməsi Yaponiya ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. 20:00-da isə İspaniya Kosta Rika ilə qarşılaşacaq.

DÇ-2022

23 noyabr

 

E qrupu

17:00. Almaniya – Yaponiya – 1:2

Qol: İlkay Gündoğan, 33-pen (1:0), Doan, 75 (1:1), Asano, 83 (1:2)

Baş hakim: İvan Barton (Salvador)

“Xəlifə” stadionu

20:00. İspaniya – Kosta Rika

Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri)

“Al Tumama” stadionu

F qrupu

14:00. Mərakeş – Xorvatiya – 0:0 

Baş hakim: Fernando Rapallini (Argentina)

“Əl Bayt” stadionu

23:00. Belçika – Kanada

Baş hakim: Canni Sikazve (Zambiya)

“Əhməd Bin Əli” stadionu

Tacxeber.com

Oxşar xəbərlər