Yaxın gələcəkdə Rusiyada nələr baş verə bilər – Podolyak
Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın bir neçə aydan sonra yaşayacağı gündəmi proqnozlaşdırıb.
O, informasiya telemarafonunun efirində bununla bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, indi Rusiya hökuməti çox çətin vəziyyətdədir.
“Yeni fiqurlar var ki, onlar demək olar ki, uzun müddət təkbaşına siyasi məkana hakim olan kumirə – cənab Putinə aktiv şəkildə hücum edəcək məqamı gözləyirdilər. Artıq o məqam yetişub. Rus elitasında mütləq parçalanma olacaq – bu, Putinin hakimiyyəti zamanı yaşanan ilk fəqli fikirlərin güclənməsi olacaq. Rusiya Federasiyası mütləq daxili siyasi transformasiyadan keçəcək, əks halda yol yoxdur.
O, müharibədə uduzacaq və siyasi elitasını yeniləmək məcburiyyətində qalacaq – bu, ikinci amil olacaq”, – deyə Podolyak vurğulayıb.