• 06 Noyabr 2024 19:21

General Rza Talıbov işdən çıxarılıb?

General Rza Talıbov işdən çıxarılıb?

 
Bir müddətdir mətbuatda general Rza Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər dərc edilir.

Tacxeber.com-un məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin adını vermək istəmədiyi yüksək rütbəli şəxsi Manset.az-a bildirib ki, DMX-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması haqda məlumatlar yalandır:

“O hazırda işdədir. Üzərinə düşən işlərlə məşğuldur. Vəzifəsini icra edir. İşdən çıxarılması xəbəri yalandır”.

Qeyd edək ki, Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

Tacxeber.com

Oxşar xəbərlər