• 27 Dekabr 2024 02:58

Kinkanın faydalı və müalicəvi xüsusiyyətləri

Orqanizm üçün bir çox faydaları olan kinkan meyvəsini həm də “yapon apelsini”, “müdriklərin qidası” da adlandırırlar. Şərq təbabətində bu meyvədən hələ qədim zamanlardan istifadə olunub.

Tacxeber.com kinkan meyvəsinin faydalarını təqdim edir.

Kinkanın tərkibi A, C, E, B qrup vitaminlərlə, həmçinin kalium, kalsium, fosfor, sink, maqnezium, mis və dəmirlə zəngindir.

Bu meyvədən müntəzəm istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq olar. Kinkanın faydalarından biri də odur ki, o, orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Kinkan təbii və güclü antioksidant olmaqla sərbəst radikallara qarşı mübarizə aparır. Yüksək qan təzyiqindən şikayətlənənlər üçün təbii dərmandır. Kalsiumla zəngin olduğundan sümüklər üçün də olduqca faydalıdır.

Maddələr mübadiləsini normallaşdırır, həzm sisteminin işini yaxşılaşdırır. Az kalorili olduğundan kinkanı pəhriz qidası kimi istifadə etmək olar. Piylənmədən və artıq çəkidən əziyyət çəkənlər üçün bu meyvə xeyirlidir.

Kinkandan hazırlanmış cövhər ürək-damar sistemi üçün faydalıdır. Bu cövhəri hazırlamaq üçün 500 qram kinkan meyvəsini qabığını soymadan əzmək və 300 qram balla qarışdırmaq lazımdır. Gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı qəbul edilməlidir.

Bu meyvənin tərkibində infeksiyalara – soyuqdəymə, öskürək, tənəffüs yollarının xəstəliklərinı qarşı mübarizə aparmağa kömək edən maddələr.
Mütəxəssislər kinkanı qabıqlı istifadə etməyi məsləhət görürlər.

Allergiyaya meylli olanlar bu meyvədən məhdudiyyətlə istifadə etməlidirlər.

Tacxeber.com

Oxşar xəbərlər