“Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxacağıq, biz deyirik ki, KTMT regionu tərk edir və bundan narahatıq”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiyini soruşmalıyıq. Əgər belədirsə, bunu yüksək səslə elan etmək lazımdır”, – o əlavə edib.