• 23 Noyabr 2024 00:05

“Mesiyyə dedim ki, qalib gəlməyəcəklər”

Səudiyyə Ərəbisanı millisinin futbolçusu Əli Əl-Bulayxi DÇ-2022-nin ilk turunda Argentina ilə matç (2:1) zamanı rəqib komandanın kapitanı Lionel Messiyə dediyi sözlərlə diqqət çəkib.

Tacxeber  “Eurosport”a istinadən xəbər verir ki, komandası ikinci qolu vuran zaman 33 yaşlı müdafiəçi final fitinə yarım saat qalmış Messiyə yaxınlaşıb və onun kürəyinə iki dəfə vurub.

Oyundan sonra Əl-Bulayxidən həmin vaxt Messiyə nə dediyi soruşulub. “Mən Messiyə dedim ki, qalib gəlməyəcəklər” – deyə oyunçu gülümsəyərək cavab verdi.

Qeyd edək ki, ilk turdan sonra  Səudiyyə Ərəbistanı C qrupunda 3 xalla liderdir. Polşa 1 xalla 2-ci, eyni xalı olan Meksika 3-cüdür. Argentina sonuncu pillədə qərarlaşır – 0 xal.

Tacxeber.com

Oxşar xəbərlər