Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Almaniya milli komandası ilə bağlı paylaşım edib.
Tacxeber.com xəbər verir ki, o, instaqram hesabında Almaniya millisinin DÇ-2022-də Yaponiyaya qarşı matçdan öncə çəkdirdiyi şəkli 11 rəqəmi və xoruz emojisi ilə paylaşıb. Bu isə həmin futbolçulara xitabən 11 xoruz deməkdir.
Şahruddin növbəti paylaşımında isə almanlara 2:1 hesabı ilə qalib gələn Yaponiya millisinin qələbə sevincinin şəklini yerləşdirib. O, şəklin üzərinə “One Love” sözlərini qeyd edərək gülüş emojilərı qoyub.
Qeyd edək ki, Almaniya milli komandasının futbolçuları dünya çempionatında Yaponiyaya qarşı keçirəcəkləri oyundan öncə etiraz ediblər.
Onlar əlləri ilə ağızlarının üstünü örtərək FİFA-nın onları susdurmağa çalışmasına qarşı çıxıblar.
Belə ki, ali futbol qurumu Qətərdə insan haqlarının pozulmasına görə almanların dünya çempionatının bu ölkədə keçirilməsinə etiraz olaraq sarğı taxmasına icazə verməmişdi. Bundestimin futbolçuları da FİFA-nın qadağasına bu cür cavab veriblər.