ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) kritik infrastrukturun rəvan işləməsini təmin etmək üçün Ukraynaya 80 generator təqdim edib.
Tacxeber.com“RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink bildirib.
Səfir Brink qeyd edib ki, Rusiya Ukraynanın elektrik şəbəkəsini məhv etməyə, işığı və ümumilikdə enerji təchizatını kəsməyə çalışdığı bir vaxtda USAID Ukrayna mühüm infrastrukturun işləməsini təmin etmək üçün 80 generator verib.
“Bu yardım ABŞ-ın Rusiyanın Ukraynanın kritik infrastrukturuna qəddar və israrlı hücumlarına cavabının yalnız bir hissəsidir. Biz Ukraynanın yanında olmağa davam edirik”, – səfir vurğulayıb.