• 27 İyul 2024 07:27

Ağır travma sonrası stress qəfil ölümə səbəb ola bilər

Postrravmatik sindrom ağır psixoloji stress, itki, qəza və ya təhlükədən sonrakı psixoloji durumdur. İnsan bir müddət travmanın təsirindədir.

Tacxeber.com xəbər verir ki, Ural universitetinin alimləri siçanlar üzərində postravmatik pozulmasının təsirini öyrənib.

Onlar sübut ediblər ki, həqiqətən də travma sonrası təşviş pozuntusu ürək xəstəlikləri riskini artırır.
Həyatında ağır qorxulu hadisə və təhlükə olan insanda travmatik stress və depressiya yaranır, bu 2-3 il çəkə bilər. Bu zaman ürək-damar xəstəlikləri yarana və qəfil ölümə səbəb ola bilər. Bu əlaqə bu vaxta kimi elm tərəfindən sübut olunmamışdı, amma indi fikir adamı çərlədir, öldürür el məsəlini alimlər sübut etdi.

Travmadan sonra normal psixika 6 ayla 1 il ərzində bərpa olmalıdır və adekvat həyata qayıtmalıdır. Bu hər insanda alınmır. Əgər travma sonrası qorxu, təşviş uzun çəkirsə, mütləq kənar yardım alıb, müalicə olunmaq lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər