• 27 İyul 2024 03:35

Azərbaycanda tibbi sığorta ilə edilən ən bahalı əməliyyatlar – SİYAHI

İcbari Tibbi Sığortanın vətəndaşlar üçün ödənişsiz icra etdiyi mürəkkəb əməliyyatlardan ən bahalısı 24 min manatdır.

Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər içərisində ən yüksək qiymətli əməliyyatlar aşağıdakılardır:

• Koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi – 24000 manat

• Böyük damarların transpozisiyasının total korreksiyası – 14000 manat

• Abdominal aortaya digər qreftin endovaskulyar implantasiyası (EVAR) – 12000 manat

• Torakal aortaya qreftin endovaskulyar implantasiyası (TEVAR) – 12000 manat

• Ümumi arterial kotük defektinin total bərpası – 10000 manat

• İki-boşluq cihazın ilkin taxılması, üç elektrodlu (ÜRTK-D) – 10000 manat

• Sol qulaqcıq artımın cihazının taxılması – 9000 manat

• Total anormal pulmonar venoz bağlantının total bərpası – 8000 manat

• Sağ mədəcik və pulmonar arteriya arasında şuntun yaradılması – 8000 manat

Göründüyü kimi, bütün dünyada olduğu kimi ən bahalı əməliyyatlar damar, ürək-damar sistemi, damar dəyişdirilməsi, bərpası, ürəyə cihaz yerləşdirilməsi üzrədir.

Eləcə də oynaqların endoprotezləşməsi əməliyyatı da 7-8 minlik əməliyyatlar sırasındadır.

Koxlear implantasiya əməliyyatı üçün limit sayı 300-dür, endoprotezləşdirmə əməliyyatının limit sayının isə 300-dən 1100-ə qədər artıb.

Qeyd edək ki, ölkə üzrə işləməyən və sığorta haqqı ödəməyən şəxslərin İcbari Tibbi Sığortadan istifadə müddəti 2024-cü ilə kimidir. (Bakupost.az)

Tacxeber.com

Oxşar xəbərlər