Azərbaycan hazırda güclü iqtisadiyyata, xarici diplomatiyaya və orduya malik bir ölkədir və bütün bunların hamısı Prezident İlham Əliyevin uğurudur.
Bunu Universitetində keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransının iştirakçısı olan Yuta Universitetinin siyasi elmlər professoru Hakan Yavuz tədbirdən sonra Trend-ə özəl açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanda hazırda dünyada ən etibarlı tərəfdaşlardan biridir.
“İkinci Qarabağ Müharibəsindən sonra dünyada Azərbaycanın rolu daha da artdı. Azərbaycan Cənubi Qafqaz regionunda ən önəmli ölkələrdən biridir. Azərbaycan hazırda güclü iqtisadiyyata, xarici diplomatiyaya və orduya malik bir ölkədir və bütün bunların hamısı Prezident İlham Əliyevin uğurudur”, – H.Yavuz deyib.
Türkiyəli ekspert bildirib ki, Türkiyə də hər zaman Azərbaycanın yanındadır:
“Ermənistan Azərbaycanla sülh imzalamadıqca Türkiyənin də Ermənistanla münasibətlərinin yaxşı olması mümkün deyil”,- deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.