“Bunu edə bilməsək ələbaxımlılıq aradan qalxmayacaq” – Sahil Babayev Dünya 25 Noyabr 2022 13:44 126 Biz aktiv məşğulluğu təmin etmədən ələbaxımlılığı aradan qaldıra bilməyəcəyik. Tacxeber.com xəbər verir ki, bunu əmək və əhalinin sosial sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, nazirlik aktiv məşğulluğ proqramlarını genişləndirməklə həm ələbaxımlılığı, həm də işsizliyi aradan qaldırmağı planlaşdırır. “Son 4 ildə 400 min civarında insanı aktiv məşğulluğa cəlb etmişik. İldə 15-20 min insanı aktiv məşğulluğa cəlb edə bilmişik”, – nazir qeyd edib. O əlavə edib ki, ildə 90-100 min insan aktiv məşğulluq proqramlarında iştirakla bağlı müraciət edir. Nazir onu da deyib ki, sosial müdafiə fondunun büdcədən transferi azaldılıb. “Əgər əvvəllər bu 38 faiz təşkil edirdisə, indi bu 20-21 faizə enib. Yəni dövlət büdcəsindən asılılıq azalıb”, – nazir bildirib. Tacxeber.com