• 23 Noyabr 2024 05:53

Dünya Kubokunda “Dəvə qripi” panikası! ÜST turniri izləməyə gedən azarkeşlərə xəbərdarlıq edir

Koronavirusla mübarizənin davam etdiyi bir vaxtda  Ümumdünya Səhiyyə Təşkilatından daha bir təəccüblü açıqlama gəldi.

Tacxeber.com xarici mediaya istinadən xəbər  verir  ki, koronanın daha ölümcül qohumu olan “dəvə qripi” kimi tanınan MERS virusunun 2022 ci il Futbol üzrə  Dünya Çempionatında yayılmasından narahat olduqlarını bildirən ÜST, turnirə gedənlərə dəvə sürməmələri və dəvə yeməmələri barədə xəbərdarlıq edib

 Dünya Çempionatına ev sahibliyi edən Qətərdə son 10 ildə onlarla insanda  MERS diaqnozu qoyulub. MERS yoluxduğu hər 100 adamdan 35-ni öldürür.

Alimlər MERS-i dörd həftəlik turnir zamanı nəzəri olaraq baş verə biləcək səkkiz potensial “infeksiya riskindən” biri kimi qeyd ediblər.

Mütəxəssislər Qətərə futbol matçlarını izləmək üçün gedən azarkeşlərin çoxluğu səbəbindən xəstəliyin İngiltərə və ABŞ kimi digər ölkələrə də keçə biləcəyindən narahatdır. 2022-ci il dünya çempionatının final oyunlarına qədər 1,2 milyon ingilis azarkeşin Qətərə getməsi gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər