BMT-nin İnsan Haqları Şurası (UNHRC) Cenevrədə keçirilən fövqəladə sessiyasında İranda etirazlar zamanı insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılması ilə bağlı qətnamə qəbul edib.
Tacxeber.com xəbər verir ki, sənədi İnsan Hüquqları Şurasına daxil olan 47 nümayəndə heyətindən 25-i bəyənib.
6 ölkə əleyhinə səs verib, 16 ölkə bitərəf qalıb.
Ermənistan, Venesuela, Çin, Kuba, Pakistan və Eritreya sənədin əleyhinə səs verib.
Qazaxıstan, Özbəkistan, Braziliya, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr bitərəf qalanlar arasındadır.