• 27 İyul 2024 07:17

NATO Baş katibindən Ukraynaya mesaj: “Qapımız açıqdır…”

NATO Baş katibindən Ukraynaya mesaj: “Qapımız açıqdır...”

“NATO-nun qapıları Ukrayna üçün açıq qalır”.

Tacxeber.com xəbər verir ki, bunu təşkilatın Baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin  xarici işlər nazirlərinin 29-30 noyabr tarixlərində Buxarestdə keçiriləcək görüşündən əvvəl mətbuat konfransında bildirib.

“NATO-nun qapısı açıqdır və biz bunu təkcə sözdə deyil, həm də əməldə nümayiş etdirdik”, – deyən Stoltenberq təşkilata son illərdə Monteneqro və Şimali Makedoniyanın yeni üzv olduğunu, Finlandiya və İsveçin isə 2022-ci ildə NATO-ya üzv olmağa dəvət edildiyini xatırladıb.

“Beləliklə, biz nümayiş etdirdik ki, NATO-nun qapısı açıqdır və NATO müttəfiqləri və üzvlüklə bağlı qərar qəbul etmək istəyən ölkələrindir. Bu, həm də Ukraynaya mesajdır”, – NATO-nun baş katibi deyib.

Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlməsi üçün ona yardım göstərməyə diqqət yetirmək lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər