Gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulub.
Tacxeber.com xəbər verir ki, nazir bu barədə rəsmi feysbuk hesabında paylaşım edib.
O, işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. F. Qayıbov bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.