Priqojin Avropa Parlamentinə “qanlı” gürz göndərdi…
“Vaqner qrupu” özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin Avropa Parlamentinə üzərində özünün hərbi birləşməsinin loqotipi həkk edilən “qanlı” gürz (ağır çəkic-red.) göndərib. “Putinin aşpazı” Avropa İttifaqının qanunverici orqanında “Vaqner” özəl hərbi şirkətinin terrorçu təşkilat kimi tanınması ideyasının müzakirəsi xəbərinə belə cavab verib. Gürzün verilməsi aktını əks etdirən video “Telegram-kanal”da dərc edilib.
Moderator.az xəbər verir ki, bu barədə “Moscow Times” nəşri məlumat yayıb.
Kadrlarda Priqojinə məxsus olan “Konkord” şirkətinin hüquqşünası İqor Yeliseyev musiqi aləti üçün futlyarda gürz gətirib və bloderlərə verib, onlar da, guya, aləti Avropa Parlamentinə göndərməli olacaq.
Onlar “Telegram-kanal”da belə yazıb: “Bu gün “Konkord” şirkəti nümayəndələrindən Avropa Parlamentinə göndərilmək üçün informasiya keysi almışıq. Skripka üçün nəzərdə tutulan keysdə butafor qan izləri olan brend-gürz var”.
Bu ərəfədə Rusiyanın URA informasiya internet-agentliyinin müxbiri Priqojindən Avropa Parlamentinin “Vaqner”i terrorçu təşkilat kimi tanıması barədə xəbəri şərh etməyi xahiş edib. Baş vaqnerçinin cavabını “Konkord” şirkətinin mətbuat xidməti dərc edib.
“Bu gün mən “Vaqner” şirkətinin komandirləri ilə müşavirə keçirmişəm və onlara bu kədərli xəbəri çatdırmışam. Mən bilmirəm Avropa Parlamenti hansı qanunu rəhbər tutur, amma bizim qanunvericiliyə görə, bu gündən Avropa Parlamentinin buraxılmasını elan edirik.
Lakin bu prosedurun qanuni qüvvəyə minməsindən öncə mənə Avropa Parlamentinə informasiya keysi göndərmək həvalə edilib. Əgər onların sizdə əlaqə nömrəsi varsa, bunu birgə hazırlayıb göndərməyi təklif edirəm”, – Priqojin deyib.
Xatırladaq ki, “vaqnerçilər” rusiyalı məhbus Yevgeni Nujini Ukrayna tərəfində vuruşmaq istədiyinə görə edam edib. Şokedici video sosial şəbəkələrdə dərc edilib. “İtə it ölümü gərəkdir”, – Priqojin ilk dəfə bu edama belə münasibət göstərib.