• 23 Noyabr 2024 03:02

Qalmaqallı aktrisa qardaşı ilə mülk davasına çıxdı: “Sənin qeyrətin necə götürür ki, bacın…”

Qalmaqallı aktrisa qardaşı ilə mülk davasına çıxdı: “Sənin qeyrətin necə götürür ki, bacın...”

“Anam dünyasını dəyişməzdən öncə yaşadığı evi övladları arasında bölmədiyinə görə başım bəlalar çəkdi. Onu itirdiyim gündən məhkəmələrdəyəm. Bir qızım var. Ona vəsiyyət və öyüd-nəsihət edirəm ki, sən mənim tək övladımsan, nəyim varsa sənindir. İşdir sabah sənin də övladların olsa elə sağlığında malını, mülkünü onlar arasında böl ki, heç biri səndən inciməsin. Bu mənim düşüncəmdir. Bizdə bir az başqa cür oldu. Əks tərəfdə artıq tamahlılar var. Elə deyirlər ki, ver yeyim. İndi bilmirəm gözləri və qarınları nə vaxt doyacaq?! Onda da həmin adamlara nuş olsun yox, haram xoşunuz olsun deyəcəm”.

 

Tacxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib.

“22 il anamın əziyyətini çəkmişəm. Borcumdur da, heç nə demirəm, şikayətlənmirəm. Anamdır, mən onun əziyyətini çəkməli idim. Məndən böyük qardaşım da var. Hansı ki, 22 ildir rahat şəkildə öz həyatını yaşayırdı. Heç düşünmürdü də anası nə yeyib, nə içib?! Həftədə 1 dəfə gəlib anasına baş çəkib, gedirdi. Anamın elə bir yaş dövrü gəlib çatdı ki, o da düşündü ki, əşşi, bunun nə qədər ömrü qalıb ki? Aranı qarışdırıb, ananı-bala ilə, yəni mənimlə düşmən etdilər. Anam mənim qızımı belə görmək istəmirdi. 2-3 ildir mən cəhənnəm yaşayırdım. Mənim vicdanım çox rahatdır. Çalışmışam ki, anamın sağ ikən bütün arzularını, istəklərini yerinə yetirim” deyə sənətçi bildirib.

Aktrisa bildirib ki, qardaşı anasının evi üstündə onunla düşmən olub:

“Anamın evinin üstündə qardaşım mənimlə mülk davasına çıxıb. Sağlıqlarına qismət, halal xoşları, hər şeyləri var. Bu ev mənim adıma bağışlanmışdı. Zaman gələcək, hər bir şeyi açıqlayacam. Mən deyəsən sonda şəxsiyyət vəsiqəmi dəyişib, adımı Sonaxanım yox, başı bəlalı Sonaxanım qoyacam. Əl çəkmirlər məndən. Məcbur edirlər ki, hər şeyi açıb-töküm. Qaşıyıb, qan çıxarmaq istəyirlər. Anamla məni düşmən etdiniz rahat olmadınız? Düşmən düşmənə etməzdi, siz məndən anamın ölümünü gizlətdiniz. Ömür boyu bunu sizə bağışlamaram. Mənə başqa insanlar zəng edib baş sağlığı verdilər. Mən anama 40 gün yas verdim. Halal xoşu! Onlar məhkəməyə müraciət edərək bildiriblər ki, mən ləyaqətsiz vərəsəyəm. Belə olmaz! Məndən nə istəyirsiz? Məhv etmək?! Bir şeyi unutmayın ki, Allah bunu istəməsə, heç bir bəndə edə bilməz. Gözünüz niyə doymur? Gedib evin divarlarından götürüb gözünüzə sürtün, bəlkə gözünüz doydu. İnsan nə qədər acgöz olar?! Mənə deyir ki, bir oğlum var, onu evləndirməliyəm. Lap yaxşı! Mənim də bir qızım var, mən də onu köçürməliyəm, cehiz verməliyəm. Onu mən həyat yoldaşımsız böyütmüşəm. Sən qardaş, qeyrətin necə götürür ki, deyirsən bacıdan hər şeyi alım?. Mənim övladım olmasaydı inanın heç bir şey lazım deyildi. Çünki dərk edirəm ki, heç kim bu dünyadan o biri dünyaya heç nə aparmayacaq. Əvvəl deyirdilər ki, bir kəfən aparırlar, amma o kəfən də bəzən qismət olmur. Mən artıq susan deyiləm. Onların bu gün burnunu ovmasam, sabah başqa bir iddia ilə çıxış edəcəklər. Bu insanlar qudurğan insandır, susduqca az qalırlar ki, ayaqlarını çiyinlərimə sallasınlar”.

Tacxeber.com

Oxşar xəbərlər