Dünya çempionatında Portuqaliya-Qana oyununda yaşanan bir epizod geniş müzakirə olunur.
Oyunu zamanı çəkilən videodan görünür ki, Kriştiano Ronaldo əlini formanın şortikinin içinə salır və oradan nəsə çıxardaraq ağzına atır.
Tacxeber.com Aut.az-a istinadla xəbər verir ki, bu müzakirəyə portuqal jurnalist Fransisko Abreu aydınlıq gətirib: “Onun şortikdən çıxardığı saqqız idi. Dəqiq deyirəm, bu, sadəcə saqqız idi”.
Qeyd edək ki, qarşılaşma Portuqaliyanın qələbəsi ilə yekunlaşıb (3:2), qollardan birini isə Ronaldo vurub.