• 03 İyun 2025 11:38

Azərbaycan gimnastları qızıl qazandılar

 Azərbaycan gimnastları qızıl qazandılar
Paylaş

Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir.

Tacxeber.com Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan təmsilçilərimiz Maqsud Mahsudov və Hüseyn Abbasov bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.

Qeyd edək ki, ötən gün tamblinq gimnastikası üzrə 17-21 yaş kateqoriyasında çıxış edən millimizin üzvü Tofiq Əliyev gümüş medala sahib olub.

Tacxeber.com

Oxşar xəbərlər