• 18 Oktyabr 2024 07:55

Bu gün DÇ-2022 də 4 oyun keçiriləcək

Qətərdə təşkil olunan dünya çempionatında bu gün növbəti 4 oyun keçiriləcək.

 

Belə  ki, C və D qruplarında II turun oyunları olacaq.

İlk matçı D qrupunda baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə Tunis millisi Avstraliyanı sınağa çəkəcək. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gələcək.

C qrupunda isə II tura Polşa – Səudiyyə Ərəbistanı matçı ilə start veriləcək. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022

Qrup məhələsi, II tur

C qrupu

17:00. Polşa – Səudiyyə Ərəbistanı

Baş hakim: Vilton Sampayo (Braziliya)

“Edyukeyşn Siti” stadionu

23:00. Argentina – Meksika

Baş hakim: Daniele Orsato (İtaliya)

“Lusail” stadionu

Xal durumu: Səudiyyə Ərəbistanı – 3, Polşa – 1, Meksika – 1, Argentina – 0

D qrupu

14:00. Tunis – Avstraliya

Baş hakim: Daniel Zibert (Almaniya)

“Əl-Canub” stadionu

20:00. Fransa – Danimarka

Baş hakim: Şimon Marçinyak (Polşa)

“Stadium 974”

Xal durumu: Fransa – 3, Danimarka- 1, Tunis – 1, Avstraliya – 0.

Tacxeber.com

Oxşar xəbərlər