• 10 Dekabr 2024 21:51

“Deyir ki, adını dəyişib Şəbnur et”

Müğənni Şəbnəm Tovuzlu Əməkdar artist Şəbnəm Tapdığın ona etdiyi təklifdən danışıb. 

Tacxeber.com xəbər verir ki, ifaçı bu haqda “Zaurla Günaydın” verilişində danışıb. O bildirib ki, Ş.Tapdıq dəfələrlə ona adını dəyişməsini deyib:

“Mənə təklif edib ki, adını dəyiş və Şəbnur qoy. Cavab verdim ki, bu ad rəhmətlik anamdan xatirədir. Heç vaxt dəyişmərəm, ölənə kimi bu adla qalacağam. Sevinin ki, zamanında sizə fanatlıq edən bir qadın adınızı övladına qoyub. Buna sevinməlisiniz, nəinki hörmətsizlik etmək. Bunu hər zaman demişəm. Şəbnəm Tapdığın özünə də demişəm ki, adımı sizə görə qoyublar. Aramızda ad üstündə mübahisə də olub. Ona hörmətsizlik etmərəm, nə istəsəniz edərəm, bircə adım yox. Sənədlər göstərdi ki, illər əvvəl atası Şəbnəm adını ona başqa yerdən alıb. Sənədləri belə var. Fransız adı olub”.

Tacxeber.com

Oxşar xəbərlər