• 23 Noyabr 2024 00:43

Eyni ailədə doğulan uşaqların niyə biri yaraşıqlı, digəri çirkin olur?

Eyni valideynlərdən yaranan uşaqlardan birinin yaraşıqlı, digərinin çirkin olduğunu görməyə artıq adət etmişik. Bunun səbəbləri tarix boyu cəmiyyəti düşündürsə də, doğru-düzgün elmi izahı tapılmayıb.
Son vaxtlar ünvanıma bu mövzuda çoxsaylı suallar gəldiyini nəzərə alıb, bu istiqamətdə monitorinq aparmaq qərarına gəldim. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, monitorinqin nəticələrini diqqətinizə çatdırıram.
Həkim və elmi-lədun bilicisi olaraq, bu cür fərqli görünüşə malik uşaqların anaları arasında apardığım sorğular maraqlı bir mənzərəni ortaya qoydu. Məlum oldu ki, hansı qızlar ki, sevib ailə qurublar və hamilə olarkən əsəb, stress qorxu keçirməyiblər, onların uşaqları göyçək və yaraşıqlı doğulur. Yəni, uşaq qarşılıqlı məhəbbətdən yarananda və ana sağlam olanda, doğulan uşaq yaraşıqlı və sakit olur.
Lakin, elə analar da var ki, qızlıq dövründə onların qəlbində sevgi hissi olmayıb (yaxud çox zəif olub), əsəb, stress, qorxu, depressiya keçirib; baş, onurğa və s. orqanlarında ağrılar, hallüsnasiya (qarabasmalar) olub; menstruasiya dövründə güclü sancılar və analıq orqanlarında problemlər olub… Bu əlamətlərdən bir neçəsi olan qızlar ailə qurduqdan və hamilə qaldıqdan sonra, sadaladığım əlamətlər daha da artıb, səbəbsiz ağlamalar, əsəbləşmələr olub. Nəticədə, doğulan uşaq digərlərinə nisbətən daha çirkin və əsəbi olub.
Elə ailələr də var ki, onlarda bir-iki övlad yaraşıqlı doğulduqdan sonra, növbəti uşaq çirkin doğulub. Test sorğularından məlum olur ki, əvvəlki uşaqlara hamilə olarkən, ananın psixoloji və sağlamlıq durumu normal olsa da, sonrakı hamiləlik vaxtı ətraf mühitdən gələn neqativ enerjilər səbəbindən, onda əsəb və gərginlik artıb. Analıq orqanlarında sancılar, daxili orqanlarda ağrılar; qorxu, ümidsizlik… yaranıb. Depressiv vəziyyətə düşdüyündən, ana çox vaxt ağlayıb… Nəhayət, həmin gərgin hamiləlikdən doğulan uşaq, əvvəlkilərə nisbətən çirkin, əsəbi, bəzi ağır hallarda isə, qüsurlu doğulub. Belə uşaqlar ortada doğulursa, demək özündən əvvəlki uşaqdan ən azı 5-6 il sonra doğulmuşlarda müşahidə edilir.
Bu əlamətləri olan qızlar ailə qurmağa meyilli olmurlar
İlk uşaqları nisbətən çirkin və əsəbi olan analar arasında apardığımız rəy sorğularından məlum olur ki, onlar sevərək ailə qurmayıblar. Bəzilərində qız vaxtı süd vəzlərində problemlər olub, menstruasiya dövrləri həmişə sancılı, ağrılı və yaxud gecikmələrlə baş verib. Əks cinsə həvəsləri olmayıb. Buna görə də evlilik təkliflərinə həmişə “yox” deyiblər. Nəhayət, yaşları keçdikdən sonra, belə qızlar yaxın ətraflarının təzyiqi və təkidi ilə (üzə düşərək) namizədlərdən birinə “hə” deyiblər. Belə problemi olan qızlar ailə qurduqdan sonra sıxıntıları daha da artıb. Yuxarıda sadaladığım əlamətlər və xəstəliklərlə, əsəbi halda hamiləlik keçirərək, ilk övladlarını dünyaya gətiriblər. Bu cür çətin hamiləlik nəticəsində doğulan uşaq çirkin və yaxud, əsəbi olur. Bundan sonra analarda bir qədər yüngülləşmə baş verir. Sanki, içlərindəki ağrı-acını, gərginliyi uşaqla bərabər kənara atırlar (əslində uşağa keçirirlər).
Bundan sonra rahatlanan ana, ikinci, üçüncü dəfə hamilə qalarkən, bu dövrü nisbətən rahat və ağrısız keçirirlər. Nəticədə, növbəti doğulan uşaqlar əvvəlkinə nisbətən daha yaraşıqlı və əsəbləri daha sakit, zirək olurlar.
Oxucuda sual yaranacaq ki, qızlarda və hamilə qadınlarda baş verən bütün bu depressiv hallar, həyəcan, fobya, ağrılar, sancılar nəyin nəticəsidir? Nədən yaranır?
Sualınıza cavab olaraq bildirim ki, bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin (bəd nəzərlər, nəfis, cadu və s) təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. El arasında “duzlaşma” deyilən bu ağrılar onurğada skalyoz, kipoz da yarada bilir. Onurğada toplanan neqativ enerji əsəbə, baş ağrısına, miqrenə səbəb olmaqla yanaşı, beldə və qıçlarda da güclü ağrlar yaradır. Belə ağrıları olan qadınlar hamilə qalarlarsa doğulan uşaq çirkin və əsəbi, yaxud xəstə olur.
Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı orqan cinsiyyət orqanlarıdır. Bu halda həm kişidə, həm də qadında cinsi istəksizlik yaranır. Bu cür enerjilər qızların (qadınların) ən çox analıq orqanlarında toplanmaqla, menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomatik düyünlərin… yaranmasına gətirib çıxarır. Belə qızlarda adətən cinsi istəksizlik müşahidə edilir. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan qızlar adətən evlilik təkliflərinə “yox” cavabı verirlər. Səbəb onların qəlbindən sevgi və inam hissinin (oxu: faylının) silinməsidir. Belə ki, kompyuterlərimizə düşən virus ondakı fayl və proqramları necə silirsə, insana daxil olan neqativ enerji də qəlblərdən sevgi və inam faylını elə silir. Bu proses orqanizmin müxtəlif nahiyyələrində səbəbi bilinməyən ağrılarla müşahidə olunur. Nəticədə, belə qızlar ətrafdakıların təzyiqi Ilə ailə qursalar da, onlardan doğulan uşaqlar başqalarına nisbətən çirkin, bəzi hallarda isə, xəstə və zəif olurlar.
Neqativ təsirə niyə məhz zərif cinsin nümyanəndələri məruz qalırlar?
Qeyd edək ki, neqativ enerji kişilərə də təsir edir. Lakin, qadın ruhu həssas və zərif olduğundan, onlara daha tez və güclü təsir göstərir.
Qadınların daha çox neqativə yüklənməsinin digər səbəbi onların geyimləri və gözəllikləri ilə bağlıdır. Belə ki, zərif cinsin nümayəndələri daim geyim-kecimli və baxımlı olduqlarından, bəzi insanların (hətda əks cinsin də) gözündə olan Selen maddəsinin şüasına məruz qalırlar. Bu şüa, neqativ enerji şəklində qadınların bədəninə daxil olur və yuxarıda sadaladığımız fəsadları törədə bilir.
Qadınların bu enerjiyə yoluxmasının digər səbəbi, cəmiyyətdə magiyanın geniş yayılması və insanların (özəlliklə də qadınların) biri-birlərinə qarşı bu cür qara enerjidən istifadə etməsidir ki, bu vaxt yuxarıda sadaladığım fəsadlar baş verir; nəticədə doğulan uşaqların çirkin və xəstə olmasına səbəb olur.
Araşdırmalarımız göstərir ki, neqativ enerji insana bir çox hallarda irsən də keçə bilir. Yəni, fiziki qanunlara uyğun olaraq, enerji heç vaxt itmir; birindən digərinə ötürülür. Bir zamanlar valideynlərdə olan neqativ enerji, onlar öldükdən sonra, övladlarında davam etməyə başlayır (bu, hazırda ən çox yayılmış haldır). Fikir versəniz görərsiniz ki, hansı ailədə ağır xəstəlikdən, intihardan dünyasını dəyişən varsa, çox keçmir ki, həmin ailənin digər üzvü ağır xəstələnir. Bunun ilk əlamətləri qorxu, həyəcanla başlayır, getdikcə (qarşısı alınmadıqda) ağır və sağalmaz xəstəliklərə, intihara səbəb olur.
Yuxarıda qeyd etdiyim kimi, neqativ enerji uşağa həm də ana bətnində olarkən yoluxur və uşq böyüdükcə özünü əsəb, immunitet zəifliyi, qorxu və s. formalarda büruzə verməyə başlayır.
Bəs bütün bunlardan necə xilas olmaq olar?
Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, bizim tətbiq etdiyimiz elmi-lədun metodla bu qara enerjidən və onun yaratdığı fəsadlardan (əsəbdən, sancılardan, ağrılardan, osteoxondrozdan, şişlərdən və s xəstəliklərdən) dərmansız xilas olmaq mümkündür. Bütün bu neqaiv əlamətlərdən xilas olan qızda məhəbbət hissi bərpa (vostonovit) olur və o sevərək ailə qurur. Hamiləlik dövründə heç bir ağrı, depressiv hal keçirmir. Beləliklə də, doğulan uşaqlar daha yaraşıqlı, əsəbləri sakit və zəki olurlar.
Onu da qeyd edək ki, bu müalicə metodunda heç bir dərman vasitəsindən istifadə edilmədiyinə görə, hamiləliyə heç bir əks təsir göstərmir. Odur ki, hamiləlik dövründə də bu seansları qəbul etmək mümkündür.
Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

Oxşar xəbərlər