• 26 Dekabr 2024 19:24

İndiyədək boğazımızdan yanlış müalicələr keçib – Həkimlərin BAĞIŞLANMAZ SƏHVİ

Otorinolarinqoloq boğazın müalicəsi üçün sarımsaq və spirtdən istifadənin zərərləri haqqında danışıb

Tacxeber.com xəbər verir ki, rus otorinolarinqoloq Vladimir Zaitsev boğaz ağrısının müalicəsində ən təhlükəli səhvləri sadalayıb.

Həkimin sözlərinə görə, xəstələr spirtdən, həmçinin tərkibində spirt olan məhsullardan istifadə etməməlidirlər. Bu cür üsullar iltihabı və şişkinliyi artıra bilər.

Həmçinin, sarımsaq, çuğundur, turp və soğan suyunu buruna tökməyin – bu, burun və farenksin selikli qişasının yanmasına səbəb ola bilər. Bundan əlavə, həkim xəstəlik zamanı çox soyuq və çox isti yeməkləri rasiondan çıxarmağı tövsiyə etdi.

“Sağalmanı sürətləndirmək üçün yağ faizi yüksək olan ilıq süd içmək məsləhətdir. İçərisinə bir parça kərə yağı da qoya bilərsiniz. Bu, şişkinliyi aradan qaldırmağa və mukozanı yumşaltmağa kömək edəcəkdir”, – deyə həkim bildirib.

Tacxeber.com

Oxşar xəbərlər