Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.
Tacxeber.com Gununsesi.info-ya istinadən xəbər verir ki, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.
Sayt yazır ki, təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.
Saytın mənbəsinin iddiasına görə, həmin qızılların 1 kq üçün sahibkarldan 3000 manat rüşvət alınıb.
“Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi” deyən mənbə əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq.