• 23 Noyabr 2024 05:23

Polislər Paşinyana görə vətəndaşları amansızlıqla döydü

Lori vilayətində Patrul Xidmətinin əməkdaşları insanları vəhşicəsinə döyüb.

Tacxeber.com xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun deputatı Kristina Vardanyan sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, hadisə Baş nazir Nikol Paşinyana görə baş verib:

“Vətəndaşların sözlərinə görə, insident Nikol Paşinyanın maşın karvanına görə yolun boşaldılması zamanı olub. Xidmət əməkdaşları bir nəfərlə mübahisə edib, vətəndaş nəzakətlə davranmasına baxmayaraq, ona qarşı kobudluq ediblər. Söhbətə vətəndaşın oğlu müdaxilə etməli olub və digərləri də yaxınlaşıb. Bundan sonra PX-nin 10 əməkdaşı gözyaşardıcı qazdan da istifadə ilə vətəndaşlara qarşı amansız vəhlişiklə zorakılıq tətbiq edib. Nəticədə iki vətəndaş, o cümlədən sözügedən şəxsin azyaşlı nəvəsi çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib”.

Vardanyan hüquq-müdafiə təşkilatlarını olaya laqeyd qalmamağa çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər