“Qarnını qaşıyan kök gədələr, göbəyiaçıq məşuqələr…” – Xalq artisti od püskürdü
Son vaxtlar Azərbaycanda komediya janrında çəkilən serialların, bu tip verilişlərin sayı artır. İnsanları güldürməyə çalışan bir sıra aktyorlar efirə çıxır, böyük salonlarda əyləncələr təşkil edirlər. Onların fəaliyyəti cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, çoxları komediyaçıları süniliklə, bayağı mövzular seçməklə günahlandırır və əvvəlki komediya ustalarının daha professional olduğunu bildirir.