• 23 Noyabr 2024 02:49

Serbiya yığması bayraq paylaşdı – Qalmaqal yarandı

Serbiya yığmasının paltardəyişmə otağından paylaşdığı bayraq siyasi qalmaqala səbəb olub. 

Tacxeber.com xəbər verir ki, serblərin paylaşdığı bayraqda Kosovo ərazisi də Serbiya ərazisi kimi göstərilib.

Bu barədə Kosova Futbol Federasiyası bununla bağlı bəyanat yayıb:

“Dünyanın ən böyük futbol tədbirinin keçirildiyi yerlərdə belə şovinist hərəkətə yer yoxdur. Belə hərəkətə susmaq qəbuledilməzdir. Biz FİFA-dan öz qaydalarını ciddi şəkildə tətbiq etməyi və bu aqressiv hərəkətə görə Serbiya Futbol Federasiyasını cəzalandırmağı qətiyyətlə tələb edirik”.

Kosovanın idman naziri isə “tvitter”də belə yazıb:

“Kosovonun FİFA və UEFA-nın tamhüquqlu üzvü olduğunu nəzərə alaraq, Serbiyanın soyunub-geyinmə otağından Kosovoya qarşı nifrət, ksenofob və soyqırımı münasibəti nümayiş etdirən, dünya çempionatından bunun üçün istifadə edən bu bədnam görüntülərə cavab olaraq FİFA-dan konkret addım gözləyirik”.

Serbiya millisinin bayrağında ölkənin konturları və dövlət gerbindən əlavə, “Kapitulyasiya olmayacaq” yazısı da var. Kosovo Serbiya ərazisində yerləşən, qismən tanınan ölkədir.

Tacxeber.com

Oxşar xəbərlər