“Sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq, hərbi əməliyyat təhlükəsi var” – Qriqoryan
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq”.
Tacxeber KONKRET.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Lehay Universitetinin professoru Arman Qriqoryan erməni mediasına müsahibəsində deyib.
Bu sənədi diplomatik kanallarla əvvəlcədən müzakirə etmək, hansısa razılığa gəlmək və yalnız bundan sonra KTMT sammitinin gündəliyinə daxil etmək düzgün olardı.
“Əgər imzalanma olmasaydı, bu məsələ gündəliyə salınmamalı idi. Ermənistanın sənədi imzalamaması Rusiya Prezidenti Vladimir Putini kifayət qədər çətin vəziyyətə salıb. Belarus Prezidenti Aleksandr Lukaşenko da bu qərardan narazı qalıb. Amma Lukaşenkonun narazılığına görə xüsusilə narahat olmaq lazım deyil, Vladimir Putinin narazılığı isə narahatlıq doğurmalıdır.
Mən bu fikri bölüşürəm ki, Ermənistanın KTMT-yə ümid bağlamaq hüququ var. Amma belə formatda, bu cür yanaşma ilə belə məsələlər haqqında düşünmək olmaz. Əgər rəqibə, tərəfdaşa və ya müttəfiqə qarşı demarşa əl atırsınızsa, o zaman hesablamalısınız ki, bu demarşın nəticələri nə olacaq, vəziyyətdən çıxa bilərsinizmi və alternativ var, ya yox? “, – Qriqoryan deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilin sonuna qədər imzalanmayacaq. Üstəlik, onun fikrincə, hərbi əməliyyat təhlükəsi var.
“Nə qədər ki, sülh danışıqlarında irəliləyiş yoxdur, eskalasiya riski yüksəkdir. Hər dəfə hansısa məsələdə fikir ayrılığı yarananda Ermənistanın müqaviməti olur, təbii ki, Azərbaycan təzyiqlərə əl atır. Sərhəddəki gərginliyin Zəngəzur dəhlizi ilə bağlı olduğu, Ermənistanın müqavimət göstərdiyi, Zəngəzur dəhlizinin tələbi ilə Laçın dəhlizinin qorunub saxlanmasını eyniləşdirən söz-söhbətlər dolaşır.
Azərbaycanın Laçın dəhlizini bağlamağa çalışacağı və Zəngəzur dəhlizində tenderə başlayacağı ilə bağlı xəbərlər var. Hərbi əməliyyatlar istisna deyil ki, İrəvan sülh müqaviləsi məsələsində Bakının şərtlərini qəbul etsin”, – o qeyd edib.