WhatsApp TƏHLÜKƏSİ: “Müdafiə olunmaq mümkünsüzdür” – Hakerlərdən SOS
Artıq Whatsapp-a güvən qalmayıb. Belə ki, 487 milyon WhatsApp istifadəçisinin məlumatı ələ keçirilib.
Tacxeber KONKRET.az-a istinadən xəbər verir ki, forumların birində verilən elanda bu qədər istifadəçinin dataları satışa çıxarılıb.
Hakerlərin fikrincə, sözügedən messencer sadə vətəndaşlar üçün təhlükəli ola bilər. Problem ondadır ki, WhatsApp istifadəçilərin şəxsi məlumatlarına giriş əldə edib. Əsas təhdid video yollayanda və görüntülü zənglərdə qabarır. Çünki həmin kadrlar WhatsApp və bəzi dələduzların, internet fırıldaqçılarının əlinə keçir. Bu problem isə yalnız WhatsApp-a yox, digər messencerlərə də aiddir.
Əsas təhdid istifadəçi məlumatlarının oğurlanması, telefonları sahibinə paralel işlətmək, səsyazısı və kameraya giriş əldə etməkdir. Hakerlər düşünür ki, “müdafiə olunmaq mümkünsüzdür”. Trolların yolladığı linklərə giriş isə bunu daha da qabartmış olur. Ən çox məlumat WhatsApp qruplarda oğurlanır.
Vaxtaşırı WhatsApp donmalar da bununla bağlıdır. Həmin vaxt kəsiyində istifadəçilərin məlumatı kopyalanır. Adını da qoyurlar ki, guya hansısa xəta baş verib.