• 27 İyul 2024 03:26

Yaponiya COVID-19-a qarşı yerli həbin istifadəsinə başlayır

Yaponiya COVID-19-a qarşı yerli həbin istifadəsinə başlayır

Yaponiya COVID-19-a qarşı yerli istehsal olan həbin ölkə daxilində istifadəsinə başlayacaq.

Tacxeber.com  xəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə naziri Kato Katsunobu jurnalistlərə bildirib. Onun sözlərinə görə, hökumət “Xocova” adlı həmin həbin kütləvi istifadəyə buraxılması barədə noyabrın 22-də qərar qəbul edib.

Koronavirusa qarşı ilk yerli həb Yaponiyanın “Shionogi” əczaçılıq şirkəti tərəfindən hazırlanıb.

Hökumət bu dərmanın dekabrın əvvəllərindən başlayaraq istifadəyə buraxılmasını nəzərdə tuturdu, lakin mövcud vəziyyət nəzərə alınaraq həbin noyabrın 28-dən istifadəyə buraxılması qərara alınıb.

Tacxeber.com

Oxşar xəbərlər