Azərbaycanda kişilər niyə halsız, həvəsszidir? – Gizli epidemiyanın dəhşətli tərəfləri
Testosteron – Kişi orqanizmi, cinsi funksiyasında əsas hormondur. Testosteron kişinin əzələ, sümük, piy, saçlarından tutmuş sperminə kimi formalaşmasında rol oynayır.
Bakupost.az xəbər verir ki, kişilər bütün ömürləri boyu yetkinlik yaşa çatandan bu hormonu hasil edir. Amma müəyyən səbəblərdən və yaşdan sonra defisit yaranır, həkimlər bunu “kişi menopauzası” adlandır
Testosteron defisiti 45-50 yaşdan sonra 40 % kişilərdə çox rast gəlinir
Amma hazırda çox gənc kişilərdə də bu problem yaşan
Artıq alimlər həyəcan təbili çalaraq, dünyada kişilər arasında gizli epidemiya – testosteron defisiti yayıldığını bildirir
Bu kişiləri ya androloq, ya da endokrinoloq müalicə etməlidir
Mövzu ilə bağlı tanınmış androloq, Rusiyada təhsil alıb çalışmış androloq Namiq İsmayılov Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanda nəinki orta yaşlı, hətta çox gənc və uşaqlarda da testosteron defisiti aşkarlan
“Azərbaycanda testosteron epidemiyası çoxdan var, 5-10 ilin nəticəsi deyil. Mən Rusiyada Tibb Universitetini bitirdikdən sonra elmi işim kişi sonsuzluğu ilə bağlı o
1998-ci ildə elmlər namizədi olmuşam. O vaxtı testosteron defisiti 50 yaşından sonra kişilərdə rast gəlinirdi
Bir də metobolik pozulması olanlarda – aşırı piylənmə, kök kişilər, diabet xəstələrində, cavan adamlarda yalnız diabet xəstəliyi olanlarda, hərəkətsiz işi olan, cavan uşaqlarda isə xayası inkişaf etməyibsə, nadir halda görülə bilirdi
90% 50 yaşdan sonra, belə deyək “kişi menopauzası” deyilən, andropauza dövründə rast gəlinirdi
Son 10 ildə isə kəskin artıb. Məsələn, bu gün 30 yaşlı gənc kişidə testosteron çatışmazlığı aşkarladıq.
Buna səbəb amillər çoxdur:
1. Düzgün qidalanmamaq, zərərli qidalar, zəif yemək – Bu gün kişilər uşaq yaşlarından satışda olan zərərli qida və içkilərlə böyüyür.
Şirin, qazlı içkilər, energetik içkilər, qızartma kartof, dönər, şirniyyat testosteronun evini yıxır.
Bir şüşə koka-kolada 20-30 dəfə artıq şəkər norması var. Gündə 1 şüşə şirin içki içəndə qanda qlükoza kəskin artır, insulin artır, metobolik pozulma gedir, qanda şəkər artırsa, testosteron düşəcək.
Sizə o qədər analizlər göstərərəm ki, 11, 15, 20 yaşlı uşaqlarda şəkər yüksəkdir.
2. Stress, gərginlik, əsəb. Bu da günümüzün bəlasıdır. Stress artanda kortizol yüksəlir, bu hormon testosteronu oğurlayır.
3. Yuxusuzluq, gecə 2-3-ə kimi telefona baxmaq – gənclərin bəlasıdır.
4. D vitamini əskikliyi – insanlar evdən, ofisdən çıxmır, bütün həyatı telefonda olur, açıq havada işləmir, qaçmır, idman etmir. Bu da D vitamini defisiti yaradır. D əskik olarsa testosteron düşür.
Kişilər ət, yağ, yumurta, balıq az yediyi üçün D vitamini almır.
5. Sovetin vaxtında illik dispenzarisasiya deyilən yoxlama var idi. İndiki Çek up. İndi adı var, özü yox. Heç kimi normal yoxlamırlar, bu işi peşəkarlar aparmır. Uşaqlıqdan normal tibbi müayinə olunmalıdır ki, şəkəri çoxluğu, testosteronun azlığı aşkar edilsin. Bu problemlər vaxtında aşkarlansa, müalicə oluna bilərlər.
6. Çox geniş yayılmış səbəblərdən biri də xayaların qidalanmasının pozulması. Qan damarları normal fəaliyyət göstərmir, varikosel yaranır, amma heç kim bilmir, görmür. Xaya inkişafdan qalır, tutumu azalır, sperm yetişmir. Varikoceli də peşəkar cərrah etməlidir, hardasa rayonda kor-koranə yox. Bu əməliyyat mikroskop altında mikrocərrahiyyə ilə olunmalıdır.
7. Bəzən oğlan uşaqlarında xaya yerində olmur, qasığa, qarının içinə qaçır. Onu vaxtında aşağı salmaq lazımdır.
8. Oğlanların dar alt geyimi, şalvar geyinməsi – bu da təsir edir.
9. Tez-tez isti yerdə olmaq, sauna, hamam, istilik xayaya çox mənfi təsir edir.
10. Hərəkətsizlik – lift, maşın, iş, ev. Çox vaxt kişilər heç gündə 1 km piyada gəzmir, idman etmirlər. Hərəkət nə qədər çox olarsa, testosteron o qədər yüksək olar.
11. Qaraciyər piylənməsi, alkoqol, xüsusən pivə içmək – bu zaman testosteron aktiv formaya keçmir.
Kişilərdə testosteron çatışmayanda necə olur, nə hiss edir?
– Halsız, enerjisiz olur. Belə adamlar işdən evə gələn kimi uzanmaq, atmaq istəyir.
– Cinsi zəiflik, qadına qarşı həvəssizlik, ereksiya zəifliyi
– Sümükləri, əzələləri zəif olur, osteoporoz erkən başlayır
– Dəriləri belə söz var, “boş, lırt” olur
– Danışığında, səsində sərtlik olmur
– Bəzən qadın kimi utancaqlıq olur
– Depressiya, həyatan küskünlük
– Yaşlandıqca ürək-damar problemləri artır
Ona görə də gənc yaşdan kişilər hormonal balansını yoxlatmalı, peşəkar həkimlər tərəfindən müalicə almalıdır.
İndi Azərbaycanda özünə androloq deyənlər çoxalıb. Səhv müalicələrlə, testosteronu yüksək dozada gənc kişilərə verməklə, onların sağlamlığını birdəfəlik məhv edirlər. Süni hormonal terapiyadan asılılıq olanda, bədən testosteron ifrasızını tamam dayandırır”.