• 14 Oktyabr 2024 21:41

Belarusun xarici işlər naziri Qərblə gizli danışıqlardan sonra vəfat edib – ŞOK İDDİA

 

Belarusun xarici işlər naziri Vladimir Makeyin ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür.

 

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Makey zəhərlənmədən ölmə ehtimalı yüksəkdir.

Bu fikiri Geraşenko Twitter hesabında yazıb. O, bildirib ki, bu hal Belarus prezidenti Aleksandr Lukaşenkoya siqnal ola bilər.

 

“Makeyi Lukaşenkonun mümkün varisi adlandırırdılar. O, Rusiyanın təsiri altında olmayan məmurlardan biri idi”, – deyə Geraşenko yazıb.

 

Eyni zamanda, Belarus mediası fərqli versiya irəli sürür. “Naşa Niva” nəşrinin məlumatına görə, Makeyinin ölümünə çox güman ki, infarkt səbəb olub. Bu baş verəndə Makeyi Drozdidəki evdə idi. Məlum olduğu kimi, vəziyyətini ciddi qəbul etmədiyi üçün vaxtında həkimlərə müraciət etməyib.

 

Bu versiyanı məşhur rusiyalı hüquqşünas və ictimai xadim Mayk Feyqin də dəstəkləyir. O, Makeyinin əslində Lukaşenkonun əvəzinə öldüyünə əmindir. Eyni zamanda, rusiyalı hüquqşünas qeyd edir ki, XİN rəhbəri Belarus prezidentinə yaxın olub, çünki o, siyasətdə çox məxfi məsələlərlə məşğul idi.

 

Öz növbəsində Britaniyanın “The Daily Mirror” nəşrinin yazdığına görə, Vladimir Makey Ukrayna münaqişəsi ilə bağlı “gizli danışıqlardan” sonra dünyasını dəyişib. Britaniyalılar vurğulayırlar ki, Makey rəsmi Minsklə Qərb arasında yeganə kommunikasiya kanalı idi.

 

Bildirilir ki, Vladimir Makeyinin müəmmalı şəkildə ölümü Papanın elçisi Ante Yoziçlə Ukraynada müharibəyə son qoymaq üçün gizli sülh planını müzakirə etdikdən bir gün sonra baş verib. (Yenisabah)

 

Tacxeber.com

Oxşar xəbərlər