• 22 Dekabr 2024 10:00

Doğuş anasına efirdə nələr dedi? – VİDEO

Hər kəsin ziyarətçisi gələrdi, bir mənim gəlməzdi. Həqiqətən anamı övladlarım dünyaya gələndən sonra bağışladım. Bunu ürəkdən deyirəm.

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Doğuş “Günaydın, Azərbaycan” proqramında deyib. Göz yaşlarını saxlaya bilmıyən ifaçı anası Nurhəyat xanımın qarşısında diz çöküb.

“Allah heç kimi anasız-atasız qoymasın. Danışmaqla bitmir, heç vaxt da bitməyəcək. Amma həqiqətən, Allahın izni ilə anamı bağışladım” , – Doğuş etiraf edib.

Qeyd edək ki, bu yaxınlarda Xoşqədəm Baxşəliyevaya verdiyi açıqlamada müğənninin anası keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra məhkəmənin oğlunu ondan alaraq atasına verdiyini açıqlamışdı.

Oxşar xəbərlər