• 27 İyul 2024 04:37

“İsrail yıxılacaq, İran isə sarsılmaz qalacaq” – SEPAH komandiri

 

“İsrail yıxılacaq, İran isə sarsılmaz qalacaq”.

Bunu İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri, general-mayor Hüseyn Səlami deyib.

 

O bildirib ki, İsrail yıxılacaq və İran İslam Respublikası isə sarsılmaz olaraq qalacaq.

 

Onun sözlərinə görə, İran İslam inqilabına qarşı bütün muzdluları ilə düşmənlərin və bidətlərin böyük dünya müharibəsi ilə üzləşib.

 

“Əmin ola bilərsiniz ki, sionist rejimi yıxılacaq, lakin bu inqilab əziyyət çəkməyəcək. Düşmənin hiylələri heç bir yerə aparmayacaq”, – o deyib.

 

Səlami ABŞ, Böyük Britaniya, İsrail, Almaniya, Fransa və Səudiyyə Ərəbistanını İranda gərginlik yaratmaq üçün bölücü mediadan istifadə etdiklərinə görə qınayıb.

 

“İran xalqı ayıqdır və düşmənin planlarını pozur”, – deyə Səlami bildirib.

 

Onun sözlərinə görə, ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanı maksimum güclə İslam Respublikasına qarşı fəaliyyət göstərir. Bu “dünya müharibəsi” Amerika, İsrail rejimləri və onların müttəfiqləri üçün qəbiristanlığa çevriləcək. (Konkret.az)

 

Tacxeber.com

Oxşar xəbərlər