• 17 İyun 2024 08:26

Sizə maraqlı gələ biləcək 10 məlumat

  1. İG Nobel Price – anti – nobel mükafatı, Nobel mükafatının parodiyasıdır. Həqiqi Nobel mükafatı mərasimindən əvvəl keçirilir və müxtəlif sahələr üzrə gülməli, lakin nailiyyətlər əldə edən insanlara verilir. Məsələn, Tomas Persson, Gabriela-Alina Sauciuc və Elainie Madsenin bu mükafata layiq görülmə səbəbləri zooparkda apardıqlar bir araşdırma olmuşdur. Onlar belə nəticəyə gəlmişdilər ki, zooparkda şimpanzelər insanları insanların şimpanzeləri təqlid etmələrindən daha yaxşı təqlid edirlər.

  2. Rəssamlıqda dəniz obrazının təsvirinə üstünlük verən rəssamlar marinistlər, belə rəsm əsəsləri isə marina adlanır.

  3. İlk istilikölçənin – termometrin yaradıcısı italyan alimi Qalileo Qaliley olmuşdur.

  4. Geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan insanlara filantrop deyilir. Məsələn, H. Z. Tağıyev, Alfred Nobel, Bill Qeyts və s.

  5. Daun sindromu ilk dəfə həkimlər tərəfindən monqolizm sindromu adlandırılmışdı. Çünki daun sindromlu insanların fiziki görünüşləri monqoloid irqinə mənsub insanların fiziki xüsusiyyətlərinə bənzədilirdi. Çoxsaylı narazılıqlardan sonra sindrom onu ilk dəfə kəşf edən alimin adı ilə adlandırıldı.

  1. Sardonik gülüş – insanların simasındakı acı, rişxəndli, kinayəli, nifrətlə dolu gülüşü bildirən ifadədir. Deyilənə görə, Sardinya adasında bitən zəhərli bir bitki insanların üzündə belə bir ifadə buraxırdı.

  2. Həndəsədə üçbucaqlar dərsindən bizə tanış olan, tərəfləri 3, 5 , 4 sm olan, düzbucaqlı üçbucaq (hansı ki, bir tərəfi verilməyəndə Pifaqor teormilə şifahi olaraq tapmaq olurdu və daha çox qarşımıza çıxırdı) Misir üçbucağı adlandırlır. Qədimdə misirlilər ölçmələr zamanı bu ölçüdə üçbucaqlardan geniş istifadə edirdilər.

  1. Azərbaycanın ilk səhiyyə naziri AXC dövründə Xudadat bəy Rəfibəyli olub. Hansı ki, tanınmış şairə Nigar Rəfibəylinin atasıdır.

  2. Bir çox reklam, film, kliplərdə gördüyümüz aşağıdakı işarə pasifizmin, sülhün simvoludur. Pasifizm hər cür şiddətə, zorakılığa, müharibələrə qarşı olmaq, sülhün, sakitliyin tərəfdarı olmağa çağıran bir ideologiyadır.

2009- cu ildə Moskvada keçirilən evroviziya yarışmasında Gürcüstan iştirakdan kənarlaşdırıldı. Səbəb Gürcüstan təmsilçilərinin oxuyacağı mahnının adının siyasi məsələlərlər bağlılığının olması göstərildi, çünki müsabiqə qaydalarına görə mahnılar siyasi məzmun əks etdirməməlidir. Mahnının adı is belə idi: “We don’t wanna put in” .

Tacxeber.com

Oxşar xəbərlər