• 27 İyul 2024 10:36

Türkiyədə yağ istehsal edilən fabrikdə yanğın baş verdi

Türkiyənin Ədirnə şəhərində yağ istehsal edilən müəssisədə yanğın baş verib.

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, fabrikin Ədirnə-Havsa yolunda yerləşdiyi bildirilib.

Yanğının hansı səbəbdən meydana gəldiyi bəlli deyil.

Əraziyə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım və jandarm qüvvələri cəlb edilib.

Tacxeber.com

Oxşar xəbərlər