• 22 Noyabr 2024 19:00

Türkiyədə endirim elanı izdihama səbəb oldu: Müştərilər ayaqlar altında qaldı – VİDEO

Türkiyədə endirim elanı izdihama səbəb oldu: Müştərilər ayaqlar altında qaldı - VİDEO

Türkiyənin İzmir şəhərində xalça mağazasında böyük endirimin olduğunu eşidən sakinlər mağazaya axışıb.

Beləliklə mağazanın qapısı müştərilərin üzünə açılar-açılmaz izdiham yaşanıb. Nəticədə iki qadın kütlənin arasında sıxılaraq insult keçirib. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb. Şərh yazanlar yaranan basırığa görə mağazanın sahiblərini günahlandırıb, onların məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Oxşar xəbərlər